Qusarın 6 kəndini birləşdirən yola yeni həyat verilir

  • SAMUR
  • 31.05.2025

   Qusar rayonunda infrastruktur sahəsində irimiqyaslı işlər uğurla davam etdirilir. Rayonun Quxuroba, Yasaboba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd və Şirvanlı kəndlərini birləşdirən 27 kilometrlik yolun əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə atılan mühüm addımlardandır. Uzun illər əvvəl asfalt örtüklə istifadəyə verilmiş bu yol zamanla baxımsızlıqdan sıradan çıxmış, çalalarla dolmuş, hərəkət üçün təhlükəli və çətin hala düşmüşdü. Yolun bərbad vəziyyəti ərazidə yaşayan minlərlə sakinin gündəlik həyatına, xüsusilə də təhsil, səhiyyə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanlara mənfi təsir göstərirdi.

   Yerli əhalinin haqlı narazılığı, mətbuatda və ictimai platformalarda səsləndirilən çağırışlar artıq real nəticəsini verir. Hazırda yol boyunca genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Ərazidə torpaq işləri görülür, yol hamarlanır və genişləndirilir. Mövcud yolun eni bəzi yerlərdə 10 metrədək artırılır ki, bu da nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti üçün böyük üstünlükdür.

   Yol inşaatı çərçivəsində yalnız asfalt örtüyünün yenilənməsi ilə kifayətlənilmir. Layihə çərçivəsində yolboyu müasir standartlara cavab verən suötürücü boruların quraşdırılması da nəzərdə tutulur. Bu, ərazidə yağış sularının və sel axınlarının idarə olunmasında mühüm rol oynayacaq, yolun davamlılığını və uzunömürlülüyünü təmin edəcək.

   İşlərə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Səyyar texnika dəstələri yüksək məhsuldarlıqla çalışır, xüsusi mexanizmlər vasitəsilə torpaq layları çıxarılır, bərkitmə və düzəldici işlər aparılır. Hava şəraiti əlverişli olduqca işlərin intensivliyi daha da artırılır.

   Bu layihənin reallaşması nəticəsində nəinki altı kəndin sakinləri, eləcə də bu marşrutdan istifadə edən bütün sürücülər və sərnişinlər daha rahat və təhlükəsiz nəqliyyat imkanına qovuşacaqlar. Eyni zamanda, bu yol kəndlərarası iqtisadi əlaqələrin inkişafına, kənd təsərrüfatı məhsullarının bazara daha tez və itkisiz çıxarılmasına, turizm potensialının canlanmasına da xidmət edəcək.

   Qusar rayonunda həyata keçirilən bu tip layihələr bölgənin sosial-iqtisadi inkişafına yeni nəfəs gətirir, regionun simasını dəyişdirir və əhalinin rifahına birbaşa təsir göstərir. Ən əsası isə, bu təşəbbüslər kənd sakinlərində dövlətə olan inamı gücləndirir, onların sabaha daha nikbin baxmasına səbəb olur.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/samuronline/.php_sessions/) in Unknown on line 0