GECƏ MÖHTƏŞƏM KEÇDİ

  • Sədaqət Kərimova
  • 22.05.2025

   Mayın 21-də R.Behbudov adına Mahnı Teatrinda “Talış folklor məclisi” keçirildi. Astara, Lənkəran, Lerik və Masallı rayonlarının folklor kollektivlərinin birgə konserti maraqlı və yaddaqalan oldu. Talış ziyalılarının səyləri və Bakı Multikulturalizm Mərkəzinin mənəvi dəstəyi ilə baş tutan bu tədbirdə Bakı Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Milli Məclisin deputatları Azər Badamov, Mixail Zabelin, görkəmli talış ziyalıları, tanınmış alimlər İmamverdi Həmidov və Hilal Məmmədov, “Dodo” qəzetinin redaktoru İradə Məlikova və başqaları çıxış edərək belə gecələrin keçirilməsinin milli mənəvi dəyərlərin qorunmasında böyük rol oynadığından danışdılar. Könül Rəsulun aparıcılığı ilə keçən gecə tamaşaçılarda xoş ovqat yaratdı.

   Ömrünün 60 ilini talış folklorunu yaşatmağa həsr etmiş Fərbiyə Şabanovanın 85 illik, onun yaratdığı “ƏVƏSOR” kollektivinin isə 60 illik yubileynə həsr edilmiş bu möhtəşəm tədbirə dəvət olunduğuma görə talış folklorunun araşdırmaçısı, fizika-riyaziyyat elmləri namizədi, hüquq müdafiəçisi, dəyərli dostum Hilal Məmmədova dərin təşəkkürümü bildirirəm.

Qeyd edim ki, belə bir tədbir 1991-ci ildə Gənc Tamaşaçılar Teatrinda keçirilmişdir. Uzun illərdən sonra paytaxt sakinlərinə yenidən zəngin talış folkloru nümunələrini təqdim edən həvəskar artistlərə – xalqın zəngin ruhunun daşıyıcıları və təbliğçiləri olan istedadlara afərin düşür.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023