“HAL” təqdim olundu

  • Sevda Əzizova
  • 30.04.2025

   Bu yaxınlarda Bakının Nizami Kino Mərkəzində Sədaqət Kərimovanın “Hal” bədii filminin təntənəli təqdimat mərasimi baş tutmuşdur.
Həmin gün burada böyük canlanma var idi. Təqdimata respublika mətbuatının nümayəndələri, Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri gəlmişdi. Foyedən filmin yaradıcı heyətinin üzvləri ilə bərabər şəkil çəkdirmək istəyənlərin şən səsləri ucalırdı.  Zal, amfiteatr, hətta lojalar belə  yeni filmi böyük maraqla, səbirsizliklə gözləyən tamaşaçılarla dolu idi. Kinoteatrın işçiləri burada çoxdan bu cür anşlaq olmadığını etiraf edirdilər. 
   Nəhayət, işıqlar söndü və zala sükut çökdü. Böyük ekranda nümayiş etdirilən filmin kadrlarını tamaşaçılarla birgə izləyən yaradıcı heyətin üzvləri həyəcan içində idi. Axı hər bir premyera filmi ərsəyə gətirənlərin tamaşaçılar qarşısında ilk imtahanıdır.
Film sona çatanda zalı alqış səsləri bürüdü. Yaradıcı heyətin bütün üzvləri səhnəyə qalxdı. Onların arasında filmin ssenari müəllifi və quruluşçu rejissoru Sədaqət Kərimova, quruluşçu operator  Elxan Rüstəmov, quruluşçu rəssam Sevda Məmmədova, ikinci rejissor Qurban Əhmədov, fokus-püller Vüsal Süleymanov, səs rejissoru  Teymur Kərimov, aktyorlar Mirsahib Ağayev, İranə Kərimova, Kəbirə Həşimli, İntiqam Soltan, Ruslan Mürsəlov, Gülər Ləzgiyeva, Cavid Tahirov və başqaları var idi.
   Tamaşaçılar uşaq rollarının ifaçıları Arsen Abbasovu, Mələk və İlkin Səfərəliyevləri də hərarətlə qarşıladılar. Kütləvi səhnələrin ifaçılarının, o cümlədən filmə mənəvi dəstək olmuş kənd sakinləri nümayəndələrinin səhnədə görünməsi böyük marağa səbəb oldu.
S.Kərimova təqdimat mərasiminə gələnləri salamlayaraq Qusar rayonunun İmamqulukənd kəndində baş tutmuş çəkilişlər barədə məlumat verdi. Baş rolun ifaçısı Mirsahib Ağayev filmin məziyyətləri haqqında danışdı. 
   Sonra gurultulu alqış sədaları altında zaldan səhnəyə çiçək yağışı yağdı. Bu, mübaliğəsiz belə idi. Bir-birindən gözəl çiçək dəstələrinin sayı-hesabı yox idi. Tamaşaçılar filmə və onun yaradıcılarına öz sonsuz məhəbbətlərini belə bəyan edirdilər.


 

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023