Лангу

  • Седакъет Керимова
  • 22.02.2023

Lanqu qədim Albaniyada iri yaşayış məskənlərindən biri olub. Azərbaycanın bir sıra tarixçilərinin ehtimallarına və tarix elmləri doktoru Abdulla Orucovun apardığı arxeoloji qazıntıların nəticələrinə görə Langu qədim Miysar şəhərinin yaxınlığında, hazırda Qusar rayonunda mövcud olan eyniadlı kəndin və ona yaxın ərazilərin əhatə etdiyi düzənlikdə mövcud olmuşdur. Sözün etimologiyasına gəldikdə isə, çox güman ki, bu sözün yaranmasında ləzgi dilində “bənd” mənasını ifadə edən “lanqır”, o cümlədən, “içməli su hovuzu” mənasını verən “lanj” sözləri rol oynamışdır. Həmin ərazidən tapılmış saxsıdan çəkilmiş qədim borular və digər maddi mədəniyyət nümunələri bunu deməyə imkan verir ki, Lanqu qədim dövrlərdə öz suvarma sistemi, məhsuldar və münbit torpaqları olan yaşayış yeri olmuşdur.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023