TƏBRİK EDİRİK!

  • Samur
  • 01.07.2025

   Onun keçdiyi şərəfli əmək yolu, xeyirxah əməlləri çoxlarına örnək ola bilər. Respublikamızın nüfuzlu ziyalılarından və bacarıqlı rəhbər işçilərindən biri kimi tanınmış İmran Rzayev 42 il-dir ki, “Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyinin sədri vəzifəsində çalışır. Uzun illər səmərəli fəaliyyətinə, ölkə qarşısındakı xidmətlərinə görə “Azərbaycanın aqrar sahə rəhbərləri və görkəmli elm xadimləri” kitabına adı düşmüş iki qusarlıdan biri İmran Rzayevdir. Savadlı və istedadlı olduğuna görə o, Azərbaycan Politexnik İnstitutunu bitirən kimi, Bakı Şəhər Statistika İdarəsinə böyük iqtisadçı vəzifəsinə işə göndərilib. 1976-cı ildə cəmi 26 yaşında olarkən o dövrdə ən çətin və məsul bir sahədə rəhbər vəzifəyə irəli çəkilib. Bakı şəhərinin Nəsimi Rayon Mənzil Təsərrüfatı İdarəsinin rəisi təyin olunan gənc 18 mənzil istismar kontoruna, 4 tikinti-təmir idarəsinə və digər sahələrə rəhbərlik edib. Vəzifəsini layiqincə yerinə yetirən İ.Rzayev 1978-1982-ci illərdə Nəsimi Rayon XDS-nin deputatı seçilib. 
   1983-cü ildən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinə rəhbərlik edən İmran Rzayev bu sahədə xüsusilə böyük uğurlar qazanıb. Onun təşkilatçılıq bacarığı sayəsində birliyin dövriyyə aktivləri və əsas fondları xeyli artıb. Respublikamızın ayrı-ayrı yerlərində neçə-neçə sağlamlıq ocaqları tikilib istifadəyə verilib. Bu sahədə onun əməyi layiqincə qiymətləndirilib. 2005-ci ildə İ.Rzayev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 100 illiyi ilə əlaqədər yubiley medalı ilə təltif olunub. Təşkilatçılıq bacarığına görə fəaliyyəti həm Konfederasiya, həm də Sahə Həmkarları İttifaqı Respublika Komitəsi tərəfindən təqdir edilən İmran Rzayevin əməyinə ən yüksək qiymət ölkə başçısı tərəfindən verilib. O, Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2007-ci il tarixli fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
   Respublika Prezidentinin sərəncamı ilə İmran Rzayevə 2015-ci ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir. “Samur” qəzeti redaksiyasının kollektivi bu günlərdə anadan olmasının 75 illiyini qeyd etmiş “Samur” Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayevi təbrik edir, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayır.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023