Mənim həyatda ən böyük qazancım sizin yaradıcılığıma göstərdiyiniz sevgi dolu diqqətinizdir. Bunu mənə yazdığınız ürək sözlərinizdən, kitablarımla bağlı etdiyiniz şərhlərdən, telefon zənglərinizdə səsləndirdiyiniz xoş sözlərdən anlayıram.
Siz çəkdiyim zəhmətin əbəs olmadığını mənə bir daha xatırladırsınız. Əslində məni yaşadan, ilhamımı qanadlandıran sizin əsərlərim haqqında qəlbdən gələn səmimi fikirlərinizdir.
Çoxlarınız mənimlə görüşmək, üz-üzə söhbət etmək, imzamla kitab almaq istədiyinizi yazırsınız. Bu sərgi bu cür səmimi görüşlər üçün əsl fürsətdir. Yolunuzu gözləyirəm.
Sərgi keçirilən 7 gün ərzində Bakının Elmlər Akademiyası, 28 May və Koroğlu stansiyalarından xüsusi avtobuslar işləyəcək.