UNUDULMAZ XATİRƏ

  • S. Kərimova
  • 24.11.2025

   1999-cu ildə Azərbaycanın xalq şairi Mirvarid Dilbazi “Samur” qəzeti redaksiyasına zəng çaldı. O, mənə qəzetimizi müntəzəm üzlədiyini vurğulayaraq, onun ünvanına xoş sözlər söylədikdən sonra mənimlə görüşmək istədiyini bildirdi. 
Söhbətin üstündən heç bir saat keçməmiş görkəmli şair redaksiyamızda idi. Bu gözlənilməz görüş məni və kollektivımızı olduqca sevindirdi. Səmimi, mehriban söhbətləri, ləzgi xalqına böyük məhəbbəti ilə bizi heyran edən Mirvarid xanım bizə bir vərəq uzadaraq dedi:
   - Mənim babam şair Əbdürrəhman Ağayi Dilboz oğlunun şeiridir. Babam Cavad xanın yaxın dostu idi. O, Gəncədə Cavad xanın döyüşlərində iştirak edən 15 ləzginin qəhrəmanlığının canlı şahidi olmuş və həmin hadisənin təsiri altında bu igidlərə müxəmməs ithaf etmişdir. Oxuyun, bilirəm ki, sizin üçün maraqlı olacaq. Onu “Samur” qəzetində dərc edin, qoy hamının xəbəri olsun. 
   Oxuyub qürur hissi keçirdik. Müxəmməsi “Samur” qəzetinin 1999-cu ilin 14 yanvar sayında dərc etdik. Mirvarid xanım yenidən redaksiyamıza zəng edərək bizə oz razılığını bildirdikdə biz bu kübar xanımın sadəliyinə bir daha vurulduq. Allah ona qəni-qəni rəhmət eləsin! 
   Həmin şeirdən bir parçanı 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş, Azərbaycanın müxtəlif bölgələrindən olan bütün ləzgi igidlərinə, o cümlədən döyüşlərdə həlak olmuş şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir daha diqqətinizə çatdırıram.
 

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023