Qusarlı qadınlar “Ağlama, qərənfil” dedilər

  • SAMUR
  • 05.11.2025

   Azərbaycanın tarixi Zəfərinin 5 illiyi ərəfəsində,  Qusar rayonunun ictimai həyatında fəallığı ilə seçilən qadınlar, şəhid anaları, şəhid xanımları və ictimai fəallar “Ağlama, qərənfil” devizi altında bir araya gəliblər.
   Tədbirin rəsmi hissəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
   Tədbirin təşkilatçısı Neva Abdurahmanova  giriş sözü ilə çıxış edərək  Vətən müharibəsində qazanılmış şanlı Qələbədən, igid Azərbaycan oğullarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim Qarabağ torpaqlarını azad etməsindən danışıb:
"Biz artıq qalib ölkənin qalib vətəndaşlarıyıq və uzun illərdir üzərimizə çökmüş matəm ab-havasından çıxmağın zamanı çatıb,” – deyə Neva Abdurahmanova qeyd edib. 
   Tədbirdə şəhid ailələrinin nümayəndələri də çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildirərək, dövlətimizin hərtərəfli qayğısını və diqqətini hər addımda hiss etdiklərini bildiriblər.
   Tədbirin  yaddaqalan anlarından biri də şəhid Tural Əhmədovun anası Elza Əhmədovanın çıxışı oldu. O, qəhrəman oğlunun xatirəsinə həsr etdiyi,  şeiri səsləndirərək iştirakçılara dərin duyğular yaşatdı və ananın şəhid övladına olan tükənməz sevgisini bir daha nümayiş etdirdi.
   Tədbirdə, həmçinin, şəhidlərimizin əzizləri – Şəkifə Zamanova, Rübabə Kəlbiyeva,Şəbnəm Zamanova və Zöhrə Heydərova çıxış edərək tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını dilə gətirdilər və öz səmimi təəssüratlarını və fikirlərini bildirdilər."Ağlama qərənfil"adlandırılan tədbiri keçirməkdə məqsəd şəhid anaları,xanımları ilə bir araya gələrək Zəfərimizin 5 illiyi ərəfəsində  ən çox payı olan insanlar olaraq onlara söz haqqı vermək,onları dinləmək,ictimai mühitdə onların  iştirakını təmin etməyə səy göstərmək niyyətinini daşıyırdı.Fəal xanımların ifasında mahnılar və şeirlər maraqla qarşılandı.

Популярные статьи

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023