Xocalının qanlı baharı

  • Sədaqət Kərimova
  • 27.02.2024

Fevralın 25-i idi. Tala gözəlliyə qərq olmuşdu. Uşaqlar, qız-gəlinlər, yaşlı adamlar ərimiş qarın altından boylanan təbiətin möcüzələrinə tamaşa etməkdən doymurdular. Böyüklərin ürəyindəki sonsuz həyəcanı bu bənövşələr, novruzgülləri bir qədər səngitsə də, balacalar dünyadan xəbərsiz halda talaya səpələnmişdilər. Necə də gözəl bahar idi! Cavanların ürəkləri ilk sevgi qığılcımlarından titrəyirdi. Yaşlılar toy-bayram havasında idi. Alatoranda əllərində çiçək qomları evlərinə dönən bu insanlar - Allahın məsum bəndələri onlar üçün hazırlanmış qandonduran əməliyyatdan xəbərsiz idilər.

Həmin gecə Xocalının dinc sakinlərinə qarşı insanın ağlına sığmayan soyqırım törədildi. Öldürülənlər arasında ovcunda yığdığı çiçək qomu olan bir qızcığaz da var idi.

1992-ci ilin fefralın 26-da Azərbaycan baş vermiş faciədən sarsıldı. Mənə elə gəlir ki, dünyanın başına gələn müsibətlərin başlanğıcı oldu həmin gün. Çünki onun qarşısını almaq üçün dünya ayağa qalxmadı, birlik nümayiş etdirmədi, axan günahsız qanların kəsilməsinə səy göstərmədi. Evlərindən qovulan insanların harayına çatmadı.

Xocalı soyqırımı nəticəsində uşaqların, qadınların, qocaların, ümumiyyətlə 613 dinc sakinin qətlə yetirilməsinə dünya göz yumdu. Bu gün dünyanın müxtəlif bölgələrində alovlanan müharibə ocaqlarının, günahsız insanların öz yurd yerlərindən qovulmasının bünövrəsi həmin gün qoyuldu. Xocalının fəryadını dünya birliyi vaxtında eşidib cinayətkarların – erməni cəlladlarının cəzalandırılmasına nail olsaydı, yeni qətliamların qarşısı alınardı.

Dünyanın neçə-neçə guşəsində bu gün faciələr yaşanır. Lakin hər kəsi öz ağrısı daha çox ağladır. Xocalı faciəsi hər birimizin qan yaddaşına yazılıb. Onu unutmaq mümkün deyil, unutmamalıyıq!

Xocalı faciəsinin dəhşətlərini talelərində yaşamış bütün insanlara səbr diləyirəm. Həyatını qeyb edənlərə Allah rəhmət eləsin! Qoy belə müsibətlər heç vaxt təkrar olmasın! İnsan zəkası yalnız qurmağa yönəlsin, dağıtmağa yox!

Эхиримжи хабарар

"Hal" ekran həyatına hazırlaşır

  • Samur
  • 24.07.2024

  Ötən əsrin 90-cı illərində çapdan çıxmış, Azərbaycan oxucularının böyük marağına ...

Кьиле фида

  • Самур
  • 24.07.2024

КЬИЛЕ ФИДА   Алай йисан 28-июндиз Азербайжан Республикадин Президент Илгьам Алиева Милли Межлис ахъаюн ва нубатдилай къецяй тир сечкияр кьиле тухун патал серенжемдиз къул чIугунай. Серенжемдив кьадайвал, сечкияр цIинин йисан 1-сентябрдиз кьиле фида. Гзаф партийри чпин векилрин кандидатур...

На грани фантастики

  • Самур
  • 24.07.2024

  В Лондонской галерее искусств открылась необычная выставка. Ее посетители могут не просто любоваться на шедевр...