İşgüzar görüş

  • SAMUR
  • 08.05.2025

   Dağıstanın Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin rəhbəri Əliyar Abdullayevin dəvəti ilə  “Samur” qəzetinin redaktoru, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova nümayəndəlikdə olmuşdur. Tanışlıq məqsədi daşıyan bu səmimi və işgüzar görüşdə Azərbaycanla Dağıstan arasında əsrlər boyu davam edən mədəni əlaqələrin daha da genişləndirilməsinin, bunun üçün mədəniyyət və idman tədbirlərinin keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
   Dağıstanın rəhbəri Sergey Melikovun iki respublika arasında dostluq əlaqələrinin daha yüksək müstəviyə keçməsində maraqlı olduğunu vurğulayan Əliyar Abdullayev bu ilin yanvar ayından, yəni onun bu vəzifəyə təyin olunduğu vaxtdan indiyə kimi həmin sahədə həyata keçirilən bir sıra maraqlı tədbirlərdən danışdı. Sonra isə yaxın günlərdə Bakının Muğam Mərkəzində Sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin 80 illiyinə həsr olunmuş “Birliklə qazanılmış qələbə” adlı ədəbi-bədii gecənin keçiriləcəyindən söz saldı.
   Dağıstan Respublikası musiqi kollekivlərinin iştirak edəcəyi həmin musiqili gecədə Azərbaycanın və Əziz Əliyevin rəhbərliyi ilə Dağıstanın Böyük Qələbəyə verdiyu töhfələrdən də bəhs olunacaq.
S.Kərimova nümayəndəlikdə keçirilən görüşdə “Samur” qəzetinin fəaliyyətində Azərbaycan-Dağıstan mədəni əlaqələrinin təbliğinin mühüm yer tutduğunu qeyd etdi.
   Ə.Abdullayev Sədaqət Kərimovanın yaradıcılığı ilə qiyabi tanış olduğunu, nümayəndəliyin fəailiyyətində onun ictimaiyyətlə əlaqələri sahəsindəki təcrübəsindən bəhrələnmək istədiyini bildirdi və qonağa çoxşaxəli yaradıcılığında böyük uğurlar arzuladı.

Son xəbərlər

БАКУ ХКЯНАВА

  • Самур
  • 27.12.2025

   Вич вириниз сейли хьанвай Баку 2026-йисан «Дуьньядин  спортдин меркез» яз малумарнава. ...

ЧIАЛАРИН КЪАЙГЪУДА ЖЕН

  • Тамилла Бекерова
  • 27.12.2025

   Играми редакция! Дагъустандин Дербент шегьерда лезгияр хьиз, чи стха халкь тир табасаранвиярни гзаф ава....

КЬЕГЬАЛРИН ГЕЛЕР

  • Гуьлхар Гуьлиева
  • 27.12.2025

   Чи чкайрин тIварар икьван гагьди хъсандиз чириз хьанвач. И карни себеб авачиз туш. Сад лагьайди, чкайрин...