Yeni kitab

  • Samur
  • 31.05.2023

Bakının “Ekoprint” nəşriyyatında çapdan çıxmış “Ömrün unudulmaz anları” adlı kitabın müəllifi Nəzakət Eminqızı (Kərimovadır). Nəşrə onun hekayələri və məqalələri daxil edilmişdir.

Maarifçi kimi tanınan N.Eminqızı uzun illərdir respublikamızın müxtəlif qəzet və jurnallarında oxunaqlı yazılarla müntəzəm çıxış edir. O, həmçinin işıq üzü görmüş “Gecikmiş çiçəklər” və “Ömrün unudulmaz anları” kitablarının müəllifidir. Onun ədəbi-bədii, publisistik, elmi-metodiki məqalələri maraqla oxunur.

Nəzakət Eminqızı Bakıdakı N.Nərimanovun ev muzeyinin respublikada yeganə olan filialını Xudat şəhərindəki 2 saylı orta məktəbdə yaradıb 40 il ona rəhbərlik etmişdir. Bu müddətdə muzeyin on minlərlə izləyicisi olmuşdur. Gənc nəslin təlim-tərbiyəsində yorulmaz və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Nəzakət xanım “İlin müəllimi”adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ədəbi yaradıcılığı sahəsində qazandığı ugurlara görə Nəzakət Eminqızı “Qızıl Qələm”, “İsa Muğanna”, “Ziyadar” mükafatlarına, “Xarı bülbül” medalına layiq görülmüşdür.

Son xəbərlər

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

GƏLİN BİR YERDƏ YAZAQ!

  • SAMUR
  • 09.10.2025

Bu ilin 10-11- oktyabrında dünya ləzgiləri ana dilə məhəbbətlərini göstərmək üçün bir yerd...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...