Bakıda ləzgi Dem

  • Mirvari Şixova
  • 19.01.2023

Bu ilin yanvarın 15-də Bakının böyük restoranlarından birində qədim ləzgi rəqs məclisi olan Dem təşkil olunmuşdu. Məclisi “Suvar” ansamblının rəhbəri Zavir Nəcəfov və “Cigitlər” rəqs qrupunun üzvləri təskil etmişdilər.

Dem məclisində “Suvar” ansamblının musiqiçiləri Zaur Musayevin, Əfqan Camaluddinovun, Dağıstandan dəvət olunmuş məşhur “Ləzginka” ansamblının üzvləri Said Omarovun və Kazbek Karayevin milli musiqi alətlərində ifa etdikləri rəqs havaları hamını heyran etdi. Onların böyük məharətlə çaldıqları “Ləzginka” məclisə xüsusi rövnəq verdi.

“Suvar” ansamblının solistləri Cavahir Abdulovanın, Roza Hacımuradovanın, Elvina Heydərovanın, Qusardan dəvət olunmuş Bəhruz Hacıbəyovun məlahətlə ifa etdikləri ləzgi mahnıları iştirakçılara xoş ovqat bəxş etdi.

Gecədə keçirilən müxtəlif müsabiqələr xüsusilə yadda qaldı. Bəziləri buraya qədim ləzgi mətbəxinin nemətlərindən olan isita, tsikan, aluga bişirib gətirmişdi. Onların dadı hamını heyran etdi.

Hər dəfə belə məclisə düşəndə bizə bu cür gözəl adət-ənənələri bəxş etmiş əcdadlarımızın ruhu qarşısında baş əymək istəyirsən.

Son xəbərlər

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

GƏLİN BİR YERDƏ YAZAQ!

  • SAMUR
  • 09.10.2025

Bu ilin 10-11- oktyabrında dünya ləzgiləri ana dilə məhəbbətlərini göstərmək üçün bir yerd...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...