"Hal" ekran həyatına hazırlaşır

  • Samur
  • 24.07.2024

  Ötən əsrin 90-cı illərində çapdan çıxmış, Azərbaycan oxucularının böyük marağına səbəb olmuş əsərlərdən söz düşəndə yazıçı Sədaqət Kərimovanın “Hal” romanı da sevə-sevə xatırlanır. O dövrün mətbuat səhifələrində xeyli müzakirələrə səbəb olmuş, haqqında onlarca resenziya yazılmış həmin əsər əsasında bədii film çəkilməsi oxucuların böyük arzusu idi.

  Əslində bu sahədə Azərbaycan və Türkyə kinematoqrafçıları bir neçə dəfə cəhd göstərmiş, lakin müxtəlif səbəblərə görə bu ideya reallaşmamışdır. Oxucuların böyük marağını nəzərə alaraq nəhayət, bu missiyanı müəllif öz öhdəsinə götürmüş, bədii əsərə ekran həyatı verməkdən ötrü səylərini cəmləşdirmişdir.

  “Soyuq günəş”, “Səssiz haray” və “İtən gündəlik” bədii filmləri ilə tamaşaçıların rəğbətini qazanmış S.Kərimova quruluşçu rejissor kimi öz daimi mövzusuna sadiq qalaraq mənəviyyat probleminə həsr olunan, maraqlı süjet xətti, dərin psixologizmi ilə seçilən yeni ekran əsərini tamaşaçıların mühakiməsinə verməyə hazırlaşır. Filmin quruluşçu operatoru Elxan Rüstəmov, quruluşçu rəssamı Sevda Məmmədova, səs operatoru Murtuza Nəcəflidir. Filmdə tanınmış aktyorlardan Mir Sahib Ağazadə, İranə Kərimova, İlyas Əhməd, Kəbirə Həşimli, İntiqam Soltan, Mehman Piriyev, Ruslan Mürsəlov, Gülər Ləzgiyeva, Ramil Əliyev, Qurban Əhmədov və başqaları çəkilmişlər. Çəkilişlər Qusar rayonunda baş tutmuşdur.

  Qeyd edək ki, digər filmlərində olduğu kimi bu filmin də musiqisi S.Kərimovaya məxsusdur. Hazırda filmin montaj işləri gedir.

Эхиримжи хабарар

БАКУ ХКЯНАВА

  • Самур
  • 27.12.2025

   Вич вириниз сейли хьанвай Баку 2026-йисан «Дуьньядин  спортдин меркез» яз малумарнава. ...

ЧIАЛАРИН КЪАЙГЪУДА ЖЕН

  • Тамилла Бекерова
  • 27.12.2025

   Играми редакция! Дагъустандин Дербент шегьерда лезгияр хьиз, чи стха халкь тир табасаранвиярни гзаф ава....

КЬЕГЬАЛРИН ГЕЛЕР

  • Гуьлхар Гуьлиева
  • 27.12.2025

   Чи чкайрин тIварар икьван гагьди хъсандиз чириз хьанвач. И карни себеб авачиз туш. Сад лагьайди, чкайрин...