Ən yaxşı film

  • Adil Yavər oğlu, Sankt-Peterburq
  • 11.03.2023

Filmin linki: К соседям с любовью: лезгины

Bu günlərdə Sankt-Peterburq studiyalarının son on ildə çəkdiyi sənədli filmlərə qiymət verən jüri bir neçə il əvvəl məşhur rus rejissorları Vasili Şerbenkonun və Nikolay Makarovun çəkdiyi “Qonşunun evinə sevərək gedək - Ləzgilər” filmini Şimali Qafqaz xalqları haqqında çəkilmiş filmlər arasında ən yaxşısı kimi dəyərləndirmişdir.

Ləzgilərin adətlərinə, mədəniyyətinə, tarixinə, musiqisinə, xalq sənətlərinə, xalçaçılığa, mətbəxinə, xüsusən də ləzgi çörəyinə və onun bişirilmə texnologiyasına həsr olunmuş süjetlər maraqlı çəkilmişdir. Film boyu ləzgilər haqqında məşhur jurnalist Anastasiya Baraşkova məlumat verir.

Ləzgilərin yaşadıqları ərazilər - şəhərlər və kəndlər, dağlar və çaylar, bol bəhrəli bağlar, gül-çiçəkli yaylaqların mənzərələri tamaşaçıları heyran edir. Film 2015-ci ildə tanınmış ləzgi ziyalıları İmam Yaraliyevin və Suleyman Stalski rayonunun başçısı Nəriman Abdulmütəllibovun yaxından köməyi ilə çəkilmişdir.

Son xəbərlər

Uğur olsun, “DODO”!

  • SAMUR
  • 24.11.2025

   Bu günlərdə tanınmış qələm sahibi İradə Məlikovanın redaktorluğu ilə talış dilində nəşr olunan &ldq...

АВАЙВАЛ ЧИРНА КIАНЗАВА

  • Гуьлхар Гуьлиева
  • 24.11.2025

   Мукьвал девирар яз аквазватIани, алатай асирдин сад лагьай паюна кьиле фейи вакъиаяр чавай къедалди хъса...

ГУЬМБЕТ ЧИКIИЗВА

  • Мурад Жаферов
  • 24.11.2025

   Шеки райондин Орта Зейзид хуьре авай албан килисадихъ къадим тарихар ава. Х-ХII виш йисара эцигнавай и к...