LƏZGİ İGİDİ İLƏ ÖZBƏK GÖZƏLİNİN HEKAYƏTİ

  • Sədaqət Kərimova
  • 27.09.2025

   Böyük Vətən müharibəsindən sonra SSRİ DİN-in Orta Asiya respublikalarındakı qoşunlarında xidmət edən  Əziz Məmməd oğlu Məmmədovun bir rus qızı ilə vətənə qayıdıb gəlməsi xəbəri 1949-cu ildə ildırım sürəti ilə  şəhərə yayıldı. 
Sinəsini orden və medallar bəzəyən Əzizə xoşgəldin eləməyə Qusarın müxtəlif yerlərindən, eləcə də  doğma kəndi İmamqulukənddən gələn   qohum-əqraba onun sevgilisinin özbək olduğunu, müsəlman ailəsində böyüdüyünü biləndə sevindilər. Xədicə Mirzəəhməd qızı Artıkbayeva öz səmimiyyəti, mehribanlığı ilə tezliklə ürəkləri fəth elədi. Onun adının Xədicədən Sonyaya nə vaxt çevrildiyini  heç kim hiss etmədi.  
   Həmin cütlük Qusar şəhərinin adlı-sanlı ailələrindən biri oldu. Əziz Məmmədov ötən əsrin 50-ci illərində Qusar Şəhər Sovetinin sədri vəzifəsinə irəli çəkildi. Həmin vəzifədə namusla, vicdanla çalışdığına görə şəhər əhalisinin dərin hörmətini qazandı. 
Onların Ramiz, Lyudmila və Firəngiz adlı övladları dünyaya gəldi. Lakin ailənin xoşbəxtliyi uzun sürmədi. Əziz 38 yaşında dünyasını dəyişdi. Sonya övladlarına həm analıq, həm də atalıq etdi. Uzun illər Qusarın yay və qış kinoteatrlarında nəzarətçi vəzifəsində çalışan Sonya xala üç övladına da ali təhsil verdi, 85 yaşında dünyadan köçdü.
   “İtən gündəlik” romanımın “Murmurkin” adlanan fəslini həmin qadına həsr etməyim təsadüfi deyil. Sonya xala tək mənim yox, bütün qusarlı uşaqların sevimlisi idi. 

Последние новости

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

ША САНАЛ КХЬИН!

  • САМУР
  • 09.10.2025

Алай йисан 10-11-октябрдиз дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурун паталди санал кlватl хьана диктант к...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...