Unutmadıq, unuda bilmərik!

  • Sədaqət Kərimova
  • 26.02.2023

XOCALI FACİƏSİ

1992-ci ilin fevral ayının25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar - 63 nəfər;

qadınlar - 106 nəfər;

qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.

25 uşaq hər iki valideynini itirmişdir.

130 uşaq valideynlərindən birini itirmişdir

1275 nəfər əsir götürülmüşdür.

150 nəfər itkin düşmüşdür.

Son xəbərlər

“İTƏN GÜNDƏLİK” TƏLTİF OLUNDU

  • SAMUR
  • 04.06.2025

   İyun ayının 3-də Nizami Kino Mərkəzində Azərbaycan kinosu üçün çox vacib bir had...

МАРАФОН «К ВЕРШИНЕ» В КУСАРАХ

  • Седагет КЕРИМОВА
  • 29.05.2025

   28 мая – День независимости – в Кусарах в этом году отметили по-особенному. Жители района и ...

İşgüzar görüş

  • SAMUR
  • 08.05.2025

   Dağıstanın Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin rəhbəri Əliyar Abdullayevin dəvəti i...